"Başakşəhərin qış fasiləsində "Barselonadan 2,5 illik icarəyə götürdüyü Arda Turanın müqaviləsində gizli maddə ortaya çıxıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin maddəyə əsasən, "Barsa qarşıdakı 2,5 il ərzində Ardanı istədiyi kluba satmaq haqqına sahib olacaq. Yəni Ardanın Kataloniya təmsilçisinin seçiminə "yox demək haqqı olmayacaq.
Bundan əlavə, Arda bu il hər hansı kluba transfer edilsə, bu keçiddən əldə edilən gəlirin 20 faizi "Başakşəhərə çatacaq. Transfer gələn il gerçəkləşsə, bu rəqəm 25 faiz olacaq.
İstanbul təmsilçisi bu il Türkiyə çempionu olsa, "Barsanın hesabına 300 min avro köçürəcək.
Xatırladaq ki, Arda "Başakşəhərdə cəmi 5 oyun keçirib.