Argentina yığması DÇ-2018-in final mərhələsinə hazırlıq çərçivəsində bir neçə yoldaşlıq görüşü keçirəcək.
Unikal.org-un xarici mətbuata istinadən məlumatına görə, "tanqoçular Rusiyadakı mundial öncəsi son sınaq matçını İsrailə qarşı keçirəcək.
Belə ki, cənubi amerikalılar iyunun 9-da İsraildə meydan sahibləri ilə üz-üzə gələcəklər. İki ölkənin futbol federasiyası arasındakı razılığa görə, bu qarşılaşma qonaqlara 3 milyon dollar qazandıracaq. Lakin İsrail tərəfi rəqibin qarşısına şərt qoyub. Belə ki, tərəflər arasında razılığa görə, Argentina yığmasının kapitanı Lionel Messi həmin oyunda minimum 60 dəqiqə meydanda olmalıdı.
Qeyd edək ki, Argentina millisi İsraildəki görüşdən sonra Rusiyaya yollanacaq. Dünya çempionatı isə iyunun 14-də start götürəcək.