Azərbaycan Premyer Liqasının 28-ci turunda hazırda davam edən "Sumqayıt - "Qarabağ matçında ara qarışıb.
Unikal.org offsideplus.az-a istinadən xəbər verir ki, matçın ilk hissəsində iki klubun azarkeşləri bir-birilərinin əleyhinə şüarlar səsləndiriblər.
Bundan sonra tribunalarda qarışıqlıq düşüb. Azarkeşlər oturacaqları qıraraq bir-birilərinə atıblar.
Polis dərhal çılğın azarkeşlərə müdaxilə edib. 4 nəfərin saxlanıldığı bildirilir.
Qeyd edək ki, matçda ilk hissədən sonra hesab dəyişməyib.