Bir müddətdir səhhəti qeyri-sabit olan meyxanaçı Aydın Xırdalanlıda yeni xəstəlik tapılıb.

Bu gün yerli mediada onun "Hepatit C xəstəliyindən əziyyət çəkməsi ilə bağlı məlumat yayılıb.

Unikal.org xəbər verir ki, meyxanaçı Oxu.Az-a açıqlama verərək xəbəri təsdiqləyib:

"Bir müddətdir narahat idim. Fikirləşdim ki, müayinə olunmaq lazımdır. Gedib qan analizi verdim. "Hepatit C aşkarlandı, müalicələrə başlamalıyam.

Aydın bildirib ki, bunlar zamanında istifadə etdiyi narkotikin fəsadlarıdır:

"Əslində, indi narkotikdən müalicə alıram. Demək olar ki, uzaqlaşmışam. Amma tam sağalmamışam. Müalicələrimi sonadək davam etdirməliyəm.