"Space televiziyasında Çingiz Əhmədovun aparıcılığı ilə "Yerimdəyəm verilişində maraqlı anlar yaşanıb.
Unikal.org xəbər verir ki, verilişdə bu gün "alış-veriş mövzusu müzakirə edilib.
Verilişin qonaqları musiqiçi Pərvin Həsənoğlu, jurnalist Seymur Verdizadə, aktyor Kazım Abdullayev, aşıq Vasif Cənublu olub. Müzakirələrdə maraqlı məqamlar baş verib.
Aktyor Kazım Abdullayev sənət sahəsindəki alış-verişdən danışıb. O, bildirib ki, aktyorun işi alış-verişdən keçir:
"Bizim sənət də alış-veriş kimidir. Belə ki, biz özümüzü satıb onun müqabilində pul alırıq. Yəni, səsimlə dublaj edirəmsə, reklam yazıramsa, onun müqabilində pul alıram.
Elə filimə çəkilirəmsə bu da alış-veriş kimidir. Hər şey pula bağlıdır. Demək olar ki, Azərbaycanda çəkilən ilk serialların çoxunda mən yer almışam. Bu günə qədər 15-ə yaxın serialda rol almışam.
O, daha sonra filmlərə, seraillara pul buraxılmaması məsələsinə də toxunub:
"Sponsor olmalıdır ki, ortaya yaxşı film çıxsın.