AFFA İntizam Komitəsi "Qəbələ" və "Neftçi" klublarını cəzalandırıb.

Unikal.org-un məlumatına görə, buna iki komanda arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XVIII tur matçında baş verənlər səbəb olub. "Neftçi" 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat cərimələnib.

"Qəbələ" isə 83-cü dəqiqədə Yusif Nəbiyevin sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılması ilə əlaqədar 200 manat cəriməyə məruz qalıb. Nəbiyevin özü isə "Kəpəz"lə növbəti tur matçını buraxmalı olacaq.

Qeyd edək ki, bu oyun "Neftçi"nin 2:1 hesablı səfər qələbəsi ilə yekunlaşıb.