Məşhur argentinalı tennisçi Xuan-Martin del Potro şəxsi həyatında çətin günlər yaşayır.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Del Potro ilin əvvəlində sevgilisindən - müğənni Ximenoy Berondan ayrılıb. Onun sevimli iti də ölüb.
Del Petronun psixoloji sarsıntı keçirdiyi deyilir. O, hazırda idman psixoloqu Xuan Xose Qrandenin tövsiyələri əsasında bərpa olunmağa çalışır. Tennisçi itinin ölümü ilə bağlı "instaqramda paylaşım da edib:
"Sadiq dostum, mən sənin üçün darıxacağam. Sən 10 il mənim yanımda oldun. Həmişə məni gözlədin, səfərlərdən qayıdanda sən xoşbəxt olurdun. Əlvida, Sezar.