"QAZ", "Qonşular", "Gürzə", "Qaynar Qazan", "My name is İntiqam", "Gizlənpaç" kimi filmlərdə rol alsa da, daha çox televiziyada aparıcı kimi məşhurlaşıb. Söhbət tanınmış aparıcı və aktrisa Könül Yusifqızından gedir.
Unikal.org aktrisanın topxeber.az-a müsahibəsini ixtisarla təqdim edir.
- Ailəniz sizin səhnələrinizi, obrazlarınızı izləyir?
- Hə.
- Bəs açıq-saçıq səhnələrinizə necə reaksiya verirlər?
- Əslində, mənim üçün açıq-saçıq səhnə yoxdu. Lakin ailəm əvvəllər çox pis reaksiya verdi. Hətta aktrisa olmağımı qətiyyən istəmirdilər. Onu da deyim ki, həmin səhnələrə görə keçmiş həyat yoldaşımla il yarım küsülü qalmışdıq.
- Niyə sizi adətən +18 tərz obrazlara dəvət edirlər?
- Çünki mən komplekssiz qadınam. Həm də rejissorların düşüncəsində elə qalmışam. Əgər bir aktrisa ilk obrazında necə tanınırsa dəvətlər də bənzər obrazlar üçün gəlir. Hətta artıq bənzər təklifləri qəbul etmirəm. Mən başqa obrazlarda da özümü sınamaq istəyirəm.
- Könül Yusifqızına obrazı üçün 10 min manat təklif edilsə, soyunar?
- Əlbəttə ki, soyunaram. Amma arıqlayıb sonra soyunaram. Hətta bir dəfə belə təklif olub. Əməkdar incəsənət xadimi Ayaz Salayevdən gəlib təklif. Amma pul məsələlərinə görə alınmadı. Amma yenə də deyirəm soyunaram. Və burda problem görmürəm.
- Deyilənə görə, plastik əməliyyat haqda düşünürsüz. Soyunacaqsız deyə hazırlaşırsız?
- (gülür) Hələ bu barədə danışmaq istəmirəm. Çünki konkret bir yer haqqında düşünmürəm. Burun əməliyyatı da olacaq. Ona görə hələ sirr qalsın.
- Həyat yoldaşınızdan artıq ayrılmısız. Yeni münasibət var?
- Hələ yoxdu. Amma ola bilər. Mən yalnız sevgi istəmirəm. Artıq dolğunlaşmış bir qadınam. İnsana arxa-dayaq lazımdı.
- Yalnız sevgi yox, həm də nə istəyirsiz ki? Sponsor?
- Hə, həm də sponsor. Verilişin sponsorundan danışmıram ha. Yenə deyirəm, yaşın-başın bir həddi var. Mənim xərclərim çoxdu. Mənim düşündüklərimi həyata keçirməkdə mənə dəstək olsun.