Müğənni Natavan Həbibi repçi həyat yoldaşı Dado ilə küsülülüyə son qoyub.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, barışıq fotosunu rep ifaçısı instaqram səhifəsində paylaşıb.
Dado sənətçi ilə qucaqlaşdığı şəklə "Bayramın mübarək, Nat şərhini yazıb. Reper paylaşıma xanımın instaqram hesabındakı adını da işarələyib.
Həmin fotoya hər kəs təbrik rəyləri yazıb. Onlar arasında şou-biznes üzvləri, həmçinin N. Həbibinin dostları Niyam Salami, Xatirə İslam da var.
Qeyd edək ki, Natavan Dadodan ayrıldığını ilk dəfə dekabrın əvvəlində elan etmiş, bir neçə həftə sonra barışdıqları barədə aparıcı Zaur Kamal video paylaşmışdı.
Daha sonra fevralın əvvəlində ATV kanalında yayımlanan "Zaurla Günaydın verilişində əriylə birdəfəlik ayrıldığını demişdi.
Xatırladaq ki, Natavanla Dadonun qəfil evliliyi sosial şəbəkələrdə tez-tez müzakirələrə səbəb olurdu. İzləyicilər onları saxta toy etməkdə ittiham edirdilər. Cütlüyün dəfələrlə ayrılıb barışması və bunu sosial şəbəkələrdə elan etməsi oyunun bir parçası hesab ediilir.