Almaniyanın "Bavariya" klubu Coşua Kimmixin müqaviləsini yeniləyib.
Unikal.org xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb. Yeni anlaşmaya əsasən, 23 yaşlı müdafiəçi 2023-cü ilin yayına qədər Münhen təmsilçisinin şərəfini qoruyacaq. Almaniya millisinin üzvü əvvəlki müqaviləsi 2020-ci ilin iyun ayında başa çatacaqdır. Bu müqailədən sonra o daha 3 il "Bavariya"da qalacaq.
Xatırladaq ki, Kimmix "Bavariya"ya 2015-ci ildə 8,5 milyon avro müqabilində "Leypziq" klubundan transfer olunub.