10 mart peşəkar Azərbaycan teatrının yaranmasının 145-ci ildönümüdür.
Unikal.org xəbər verir ki, bu münasibətlə Gəncə Dövlət Dram Teatrında Tuncer Cücenoğlunun "Matryoşka adlı romantik komediyası hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, rəssamı Vahab Cəfərov, müsiqi tərtibatçısı Tünzalə Mustafayevadır. Bu barədə teatrın direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Əli Qasımov məlumat verib. Onun sözlərinə görə tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artist Sevda Orucova və aktyor Yusif Cəfərov ifa edirlər.
Xatırladaq ki, tamaşa 10 mart 2018-ci il saat 17:00-da başlayacaq.