"Atam qulağımın dibinə elə vurdu ki, çaşdım.
Unikal.org xəbər verir ki, bunu tanınmış parodiyaçı-aktyor Fəqan Məmmədov "Space televiziyasında Çingiz Əhmədovun aparıcılığı ilə yayımlanan "Yerimdəyəm verilişində deyib.
Verilişdə "Müəllim və tələbə mövzusu müzakirə olunub. Hətta sənət adamlarının tələbəlik illərindən və atasının onu döyməyindən danışıb:
"Atam çox ciddi adam olub. Mən də oxumağa həvəsli deyildim. Bir dəfə işdən gəlib məndən dərs soruşdu. Mən də o soruşan zaman bildiyimi də unudurdum. Sonra anam atama dedi ki, "sən belə soruşanda uşaq bildiyini də həyəcandan unudur, dərsdə yaxşı danışır".
Bu zaman bildim ki, atam dərsə gələcək. Başladım hər gün dərsləri oxumağa. O da gəlmədi. Özü ara verdi ki, təmiz səhlənkarlıq edim o zaman dərsə gəlsin.
Aradan 15 gün keçmişdi sinifdə oturmuşduq. Gördüm "əzrail gəlib, dərsi soruşdu. Tarix müəllimimiz cavab verdi ki, "Ağqoyunlu və Qaraqoyunlu dövləti. Bu zaman atam məni göstərib dedi, dursun gəlsin dərsi danışsın.
Dərsi ordan-burdan bilirdim. Həyəcandan bildiyimi də unutdum. Azığ mağarası ilə "Ağqoyunlu və Qaraqoyunlu dövlətini qarışdırdım. Müəllimdən soruşdu ki, "düz danışır?" Müəllim "yox" dedi. Qulağımın dibinə bir zərbə vurdu bilmədim sağ tərəfə ya sola vurdu. Kəmərimdən və boğazımdan tutub məni arxa partaya doğru tulladı. Ara qarışanda bir təhər əlindən qaçıb nənəmgilə getdim. Orada da gəlib döydü .