Elgiz Əkbər aparıcısı olduğu "Səhər-səhər" verilişində həmkarlarını oğurluqda günahlandırıb.
Unikal.org xəbər verir ki, Elgiz efirdə layihələrini oğurlayanlara etirazını bildirib:
"5 layihə var ki, onun ilkaparıcısı, müəllifimən olmuşam. Gecələr yatmamışam, düşünmüşəm. Elə layihə də var, a balam, onun atası mən olmuşam e. Amma məndən icazə alan olmayıb ki, onu həyata keçirmək istəyirik. Nə olar ki, bir zəng etsəniz. Mən onsuz da heç nə deyən deyiləm.