Görkəmli gülüş ustası, Azərbaycan səhnəsinin parlaq ulduzu, xalqın sevimli sənətkarı Nəsibə Zeynalovanın anım günüdür.
Unikal.org-un məlumatına görə, Nəsibə Zeynalova 1916-cı il aprelin 20-də Bakıda dünyaya gəlib. Atası Kərbəlayı Cahangir tanınmış tacir, sevimli aktyor, Azərbaycan milli realist aktyor məktəbinin banisi olub.
Gənc Nəsibə 1934-cü ildən mövsümi fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. 1938-ci ildə Bakı Teatr Texnikumuna daxil olub. Texnikumu bitirəndən sonra Musiqili Komediya teatrında fəaliyyətini davam etdirib. Lakin bəxtindən teatr 1949-cu ildə müvəqqəti olaraq bağlanıb və aktrisa həmin ildən Bakıdakı Nizami adına kinoteatrın yay zalında kassir, mədəniyyət evində dram dərnəyinin rəhbəri, Filarmoniyanın estrada sektorunda aktrisa işləyib. 1956-cı ildə Musiqili Komediya Teatrı yenidən qapılarını tamaşaçıların üzünə açıb və Nəsibə xanım doğma sənət ocağına qayıdıb.
Kolorot ustası N.Zeynalova kino sənətində də uğur qazanıb. "Bizim Cəbiş muəllim, "Ögey ana, "Böyük dayaq, "Qanun naminə, "Bəyin oğurlanması, "Mən mahnı qoşuram, "Qorxma, mən səninləyəm, "Yuxu və bir neçə filmlərdə əsasən kiçik rollar oynamasına baxmayaraq, hər bir obrazı yaddaqalan, baxımlı etməyi bacarıb.
Aktrisanın "Qaynanada Cənnət, "Dərviş Məstəli şahdakı Xanpəri, "Gözün aydında Nargilə, "Durnada Şərəf və Nisə, "Toy kimindirdə Məsmə, "Qızıl axtaranlarda Rəxşəndə, "Altı qızın biri Pəridə Cəhrə xala, "Ulduzda Züleyxa kimi səhnə obrazları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə teatr inciləri sırasında durur.