Müğənni Rəvan Qarayev övladları ilə birlikdə "Zaurla Günaydın" verilişinə qonaq olub.
Unikal.org milli.az-a istinadən məlumatına görə, aparıcı Zaur Baxşəliyev Rəvana boşanması ilə bağlı suallar verib. Onun "Bir arvad saxlaya bilmirsən" sözlərinə sənətçi belə cavab verib:
"Bu haqda danışmayaq. Üçüncü dəfə qəti evlənmək niyyətim yoxdur. Uşaqlarımı böyütməliyəm. Aramızda hər şey yaxşıdır. Mehribanıq. Ayrılsaq da, dost qalmışıq. Amma belə alındı".
Qeyd edək ki, Rəvan ikinci həyat yoldaşından ötən il ayrılıb. Onlar qalmaqallı şəkildə boşanıb. Sənətçinin xanımı Rəbanı evə gec gəlməkdə günahlandırmış, qayınatasının onları ayırdığını iddia etmişdi.