Berlində şahmat tacına iddiaçıların turnirinə start verilib. 

Unikal.org-un məlumatına görə, mötəbər yarışda həmyerlimiz Şəhriyar Məmmədyarov da iştirak edir.

Turnirin reytinq favoriti olan həmyerlimiz ikinci turda ermənistanlı Levon Aronyanla qarşılaşacaq. İlk matçında rus Sergey Karyakin üzərində qara fiqurlarla qələbə qazanan "Şah bu dəfə ağ fiqurlarla çıxış edəcək.

İkinci turun digər oyunlarını nəzərinizə çatdırırıq.

1. Şəhriyar Məmmədyarov (2809) - Levon Aronyan (2794)

2. Aleksandr Qrişuk (2767) - So Uesli (2799)

3. Liren Ding (2769) - Fabiano Karuana (2784)

4. Vladimir Kramnik (2800) - Sergey Karyakin (2763)