ABŞ-da yaşayan Kristi Skot adlı qadın internet fenomeninə çevrilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı qadın boşandıqdan sonra gəlinlik donunu yandırıb və görüntüləri sosial şəbəkədə paylaşıb.
Əri ilə 18 yaşı olnda ailə quran Kristi bu ilin yanvarında xəyanətə uğradığını öyrənib. O, həyat yoldaşının "Facebook"da başqası ilə danışdığını görüb və boşanmaq qərarına gəlib.
"Çiyinlərimdən böyük bir yük atıldı" deyən qadın əvvəlcə gəlinliyini rəngləyib, daha sonra yanacaqla yandırıb. O, "Bu don evliliyin simbolu idi. Evliliyimi yandıra bilmədim, heç olmasa, onu yandırım" deyib.