Xalq artisti Faiq Ağayev Bakıda yol hərəkəti qaydasının pozulması faktını ifşa edib.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, ifaçı paytaxtın Yasamal rayonu, H.Cavid prospekti ilə H.Məcidov (keçmiş B.Bağırova) küçəsinin kəsişməsində dayanma-durma qaydasını pozmuş avtomobilin fotolarını çəkərək sosial şəbəkədəki hesabında paylaşıb.
Məlumata görə, 99-KH-853 dövlət nömrə nişanlı "Toyota Land Cruiser Prado avtomobili piyadaların hərəkət yolunda park edilərək onların hərəkətinə mane yaradıb.
İfaçı bundan əsəbiləşərək avtomobilin sürücüsünü qanunları saymayan və yalnız öz rahatlığını düşünən "bir ədəd azərbaycanlı adlandırıb.
O, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədova da çağırış edərək, həmin sürücü barədə ölçü götürülməsini istəyib.