Bu gün "Space televiziyasında əməkdar artist Çingiz Əhmədovun aparıcılığı ilə yayımlanan "Yerimdəyəm verilişinin "yol mədəniyyəti mövzusu müzakirə edilib:
Unikal.org xəbər verir ki, verilişin qonağı olan müğənni Sahib İbrahimli maşın idarə etməyi sevmədiyini deyib:
"Mən ümumiyyətlə avtomobil sevmirəm.Ən xoşuma gəlməyən bir iş varsa, o da maşın idarə etməkdir. Gözümü açıb evdə maşın görmüşəm. Uşaqlıqdan evimizdə avtomobil olub.
Buna baxmayaraq bütün qaydalara riayyət edən sürücüyəm. Avtomobilə oturan kimi təhlükəsizlik kəmərini bağlayıram. Əsla maşından çölə heç bir bir əşya atmıram.
Müğənni daha sonra öz məşhurluğundan sitifadə edib yol qaydalarını pozanlara da reaksiya verib:
"Tanınmış simalar öz şan-şöhrətlərindən istifadə etməməlidirlər. Efirlərdə deyirlər ki, "gecikirdim deyə sürətin 80 olduğu yerdə 100-lə keçdim. Mənə yol polisləri hörmət etdilər. Bilirik ki, sənət adamlarına polislər tərəfindən böyük hörmət olunur. Amma sənin özündə də mədəniyyət olmalıdır. Məsələn sürətin 60 yazıldığı yerdə 150 ilə necə gedə bilərsən? Onu da "qəhrəmancasına, pafosla deyirlər. Gecikirsən evdən daha tez çıx. Yəni sənə olan hörmətdən istifadə etmək olmaz.