Tanınmış rejissor, əməkdar incəsənət xadimi Arif Qazıyev infarkt olub.
Unikal.org xəbər verir ki, bu haqda rejissorun qızı xəbəri milli.az-a təsdiqləyib.
"Artıq bir neçə aydır ki, Arif müəllim ev şəraitində müalicə alır. Keçirdiyi infarkt onun danışığına da mənfi təsir göstərib. Belə ki, o hələ də yaxşı danışa bilmir. Buna görə də o bütün çəkiliş və televiziya verilişlərindən imtina edir", - deyə rejissorun qızı bildirib.