Xalq artisti Flora Kərimova "Zaurla Günaydın" verilişində qonaq olub.
Unikal.org-un məlumatına görə, aparıcı Zaur Baxşəliyev müğənni haqda sirləri açıqlayıb. O bildirib ki, Kərimovanın evinə gedəndə qonaqlarına qarşı çox ciddi yanaşır:
"Evinə gələnləri birinci içəri buraxmır. Hamı ayaqqabısını çıxarır və qapının yanında gözləyir. Yaqut (Flora Kərimovanın köməkçisi - red.) bütün ayaqqabıları aparır vanna otağına. Bütün ayaqqabıların altını sabunla yuyur, sonra gətirib geyindirir və icazə verir ki, içəri keçək. Orda isə Flora xanım deyir ki, keçin ayaqyoluna, sonra əllərini yumalısan. Ordan da mətbəxə keçirdir, adamı doyunca yedizdirir. Sonra soruşur ki, niyə gəlmisiniz?".
F.Kərimova Zaurun sözlərini təsdiqləyib: "Düşünürəm ki, uzaq yol gəlib, birdən utanar deməz, ayaqyoluna getmək istədiyini, ac olduğunu. Ona görə elə edirəm".