Türkiyəli müğənni Zuhal Olcay həbs edilib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə həbs edilib.
İstanbul məhkəməsi müğənni barəsində 1 illik həbs qərarı çıxarsa da, sonradan ifaçının cəzası 10 aya endirilib.
Qeyd edək ki, Zuhal Olcay müğənniliklə yanaşı, aktrisa kimi də fəaliyyət göstərirdi.