Müğənni xatirə İslam klublardan birində konsert verib.
Unikal.org axşam.az-a istinadən məlumatına görə, sənətçini səhnədə İranın məşhur musiqi qrupu "Omid" müşahidə edib.
Bir neçə saat səhnədə canlı ifalar nümayiş etdirən Xatirəni izləyənlər arasında şəhərimizə gələn turistlər də yer alıb.
Sənətçi səhnədə geyimi ilə diqqət çəkib. Qara, bir yanı uzun, bir yanı qısa olan paltar Xatirəyə çətin anlar yaşadıb. Səhnədə hərəkət etməyə çalışan müğənninin ombası görünüb.
Bu arada sənətçinin geyimi müzakirələrə səbəb olub. Xatirənin paltarından eyni zamanda dünya ulduzu Beyonsda da var. Beyons həmin libası "Qremmi 2018" mükafatlandırma mərasimində geyinib.