Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev martın 30-da saat 11:00-da Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.

 Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Sabirabad, Şirvan, Saatlı, İmişli, Beyləqan rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

 Qəbulda iştirak etmək istəyən vətəndaşlar martın 29-u saat 11:00-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Şirvan Gömrük İdarəsi (əlaqə telefonu: (021) 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.