Milli Televiziya və Radio Şurası (MTRŞ) "Real TV-ni kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanallarının siyahısına daxil edib.

Unikal.org xəbər verir ki, bu barədə APA-ya MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

Aparat rəhbəri bildirib ki, bununla da kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanalların sayı 266-ya çatıb.

Qeyd edək ki, martın 5-də MTRŞ-da "Real Təhlil İnformasiya Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

"Real" TV martın 15-dən "Azərspace-1 peykində yayımlanır.

Telekanalın baş direktoru Mirşahin Ağayevdir.