Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının apardığı təbliğat-təşviqat kampaniyası uğurla davam edir.
Unikal.org-un məlumatına görə, Laçın rayonunda Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına start verildi. Təbliğat-təşviqat kampaniyası çərçivəsində Bakı şəhərində, Nərimanov rayonunda seçicilərlə görüş keçrilib.
Görüşdə çıxış edən millət vəkili Mahir Abbaszadə ölkəmizdə son 15 ildə aparılan uğurlu siyasət nəticəsində əldə olunan uğurlardan danışıb. Bildirilib ki, "Regionların sosial-iqtisadi inkişafı" Dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün Azərbaycanın bütün regionları inkişaf edir: "Qaçqın və məcburi köçkün rayonlarımızın sakinləri hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısını hiss edib. İnsanlarımız üçün yeni evlər tikilib, yeni qəsəbələr salınıb. Bütün çadır şəhərcikləri ləğv edilib. Mən əminəm ki, qədirbilən Laçın seçiciləri aprelin 11-də Yeni Azərbaycan Partiyasının namizədinə - cənab İlham Əliyevə səs verəcəklər".
Görüşdə laçınlı seçicilər yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.