Space Tv-nin baxımlı layihələrindən biri olan Amil Xəlilin təqdimatında yayımlanan "Olar? Olmaz!" verilişində bu dəfə də alıcılardan danışılıb. 

Unikal.org xəbər verir ki, verilişə müraciət edən Ruslan adlı şəxs marketlərin birindən toyuq əti aldığını və evə apararkən toyuqların iyləndiyini gördüyünü qeyd edib. Şikayyətçinin sözlərinə görə,  iylənmiş toyuğu olduğu kimi mağazaya gətirib. Çekləri tələb edəndə evdə qaldığını, gedib gətirəcəyini bildirib.

Kassirin yanında qalan toyuqlar müəmmalı şəkildə yoxa çıxır. Alıcı çeki gətirəndən sonra maraqlı cavabla qarşılanır. "Toyuqlar oğurlanıb. Oğrunu tapın gətirin, biz sizin ödənişinizi edək!" Bu sözlər qarşısında təəccübünü gizlədə bilməyən alıcı "Olar? Olmaz!" verilişinə müraciət edib. Aparıcı Amil Xəlil adı halanan mağazalar şəbəkəsinə yollanıb. Ən qəribə hal isə aparıcının elə yanında oxşar söhbət gedir. Alıcıya "oğrunu tapdın?" sualı verilir...

İnanılmaz anları sizə təqdim edirik.

Qeyd edək ki, veriliş Amil Xəlilin təqdimatında Space Tv-də həftə içi hər gün saat 19-55 də yayımlanır. Aldığımız məlumata görə , bu axşam Çipslərin inanılmaz fəsadlarından maraqlı araşdırma tamaşaçılara təqdim ediləcək.