Füzulidə aşan maşının yanması nəticəsində 2 nəfər ölüb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, "Qayıdış-5" qəsəbə sakini 2002-ci il təvəllüdlü Dadaşzadə Yusif Seymur oğlu idarə etdiyi "Mercedes markalı 99 DA 994 qeydiyyat nömrə nişanlı avtomobili yuksək hərəkətlə idarə edərkən, idarə etməni itirərək yol kənarına düşüb.

"Qayıdış-5" qəsəbəsində baş verən qəza nəticəsində avtomobildə olan 4 nəfərdən sürücü Y.Dadaşzadə və 2002-ci il təvəllüdlü Rüstəmov Rəşad Rəhim oğlu həyatını itirib. Digər sərnişinlər 2002-ci il təvəllüdlü Quluzadə Nicat Səxavət oğlu və 2003-cü il təvəllüdlü Abdullayev Elçin İsmayıl oğlu Füzüli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

21:54

Füzulidə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki,  hadisə Zovucuq qəsəbəsində baş verib. Qəza zamanı 2001- ci il təvəllüdlü Dadaşov Yusif Seymur oğlu həyatını itirib. Hazırda hüquq-mühavizə əməkdaşları qəza zamanı həyatını itirən digər şəxsin və avromobilin kimə məxsus olduğunu araşdırır.

Faktla bağlı araşdırma aparılır.