Bakıda baş verən yol qəzasında əcnəbi vətəndaş vəfat edib.

Unikal.org-un DİN-ə istinadən verdiyi xəbərə görə, aprelin 3-də saat 18 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində Gürcüstan vətəndaşı Tamaz Dolidze idarə etdiyi "MAN markalı avtomobili yolun kənarında dayanmış Salyan rayon sakini Elməddin Babayevə məxsus "KamAZ markalı avtomobilə vurub.

Nəticədə T.Dolidze hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.