Lökbatan dairəsi yaxınlığında dəhşətli qəza baş verib.

Unikal.org Baku.ws-yə istinadən xəbər verir ki, "99-ZA-351" dövlət nömrə nişanlı bitum daşıyan yük maşını ilə "KamAZ" markalı yük avtomobili toqquşub.

Hadisə şahidlərinin sözlərinə görə, bitum daşıyan yük maşını armatur daşıyan yük maşınana arxadan çırpılıb. Nəticədə, armaturlar kabinkanı deşib və bitum daşıyan yük maşınının çəni deşilib. Hadisə zamanı yük maşınındakı maye yerə dağılıb.

Qəza zamanı bitum daşıyan yük maşınının sürücüsü yaralanıb.