Mingəçevir şəhərində məktəblilər arasında kütləvi dava olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin 11 saylı tam orta məktəbində qeydə alınıb.

Belə ki, həmin məktəbin 9-cu sinif şagirdləri arasında baş verən kütləvi dava zamanı 2003-cü il təvəllüdlü Vasif Qəşəm oğlu Abışova vintaçanla bir neçə zərbə vurulub. Ağır bədən xəsarətləri alan V.Abışov dərhal xəstəxanaya çatdırılıb. Yaralıya ilkin yardım göstərilib və əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.