Xəbər verdiyimiz kimi, Mingəçevir şəhəri 11 saylı məktəbdə şagirdlər arasında kütləvi dava olub.

Unikal.org 11 saylı məktəbin direktoru Sevil Əlişova ilə əlaqə saxlayıb.

Direktor rəhbərlik etdiyi məktəbin 9-cu sinif şagirdləri arasında baş verən dava faktını təsdiqləyib:

"Şagirlər bir-biri ilə dalaşıblar. Oğlanlardan biri söyüş söyüb, digər məktəblinin bacısı sinifdə olduğu üçün ona etirazını bildirib, sonra onu sillə ilə vurub. Nəticədə şagirdlər arasında mübahisə yaranıb. Sonra şagirdlərdən biri Vasif Qəşəm oğlu Abışova zərbə vurub. Hadisə ayaqyolunda olub. Döyülən şagird digər məktəblini itələyib. İtələyəndə şagirdin qolu dəmirə dəyib. Sonra qolundan xəsarət alan məktəbli xəstəxanaya aparılıb. Hazırda vəziyyəti yaxşı olduğu üçün xəstəxanadan evə buraxılıb. 

Famil Fərhadoğlu