Sumqayıtda intihara cəhd hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Şahgəldiyev Səbuhu Nurəddin oğlu yaşadığı Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində yaxınlarına əsəbləşərək bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.

Yaralı kəsilmiş ağır yaralarla Sumqayıt şəhər TTYX-a çatdırılıb. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.