Ağdamda 50 yaşlı kişinin intihar cəhdinin qarşısı alınıb.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə rayonun Quzanlı 1 qəsəbəsi ərazisində baş verib.Qəsəbə sakini İsmayılov Sahib ərazidə olan yüksək gərginlikli elektrik xətti dirəyinə çıxaraq intihara cəhd edib. Hadisə şahidləri FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat verib.
Hadisə yerinə gələn FHN əməkdaşları S.İsmayılovla söhbət apararaq onu intihar fikrindən daşındırıblar.
Faktla bağlı araşdırma aparılır.