İstanbuldan Bakıya gəlmək üçün təyyarəyərəyə gecikən Azərbaycanlı Atatürk Havalimanında gərginlik yaradıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Moskvadan gəlib, Bakıya getmək üçün Atatürk Havalimanında təyyarəyə gecikən Hüseynzadə Elşad Kərim oğlu hava limanın 502 nömrəli qapısını qıraraq qaçmağa başlayıb. O, təyyarələrin qaldığı meydanda təhlükəsizlik işçiləri tərəfindən saxlanılıb. Polisə təhvil verilən Hüseyzadənin izahatı alınıb.

Məlum olub ki, Hüseynzadə hadisəni törədərkən spirtli içkinin təsiri altında olub. Bundan sonra polis onu sərbəst buraxıb.