"Ufak Tefek Cinayetler" serialının baş rol ifaçıları aktrisalar Gökçe Bahadır ilə Bade İşçil arasında gərginlik yaşanıb.
Unikal.org Türkiyə mətbuatına istinadən bildirir ki, iddiaya görə, Gökçe çəkilişlərə vaxtında gəlməyən və bu səbəbdən səhnələrin lentə alınmasında gecikmələr olan Badə ilə mübahisə edib.
Məlumata görə, çəkiliş heyəti Bahadırı sakitləşdirdikdən sonra onun İşçillə barışmasına köməklik göstəriblər.
Qeyd edək ki, ssenariyə görə də Gökçe ilə Bade yola getmir.