Ukrayna Prezidenti Petro Poroşenko İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində qazanılan qələbə münasibətilə təbrik edib.
Unikal.org xəbər verir ki, bu barədə P.Poroşenkonun "Twitter" rəsmi səhifəsində bildirilib.
Təbrik müraciətində deyilir: "Prezident İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı daha da güclənəcək. Səbirsizliklə Prezident İlham Əliyevi Kiyevdə gözləyirəm!"