Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Avstraliya Parlamentinin nümayəndələr palatasının deputatı, Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvü Efstathios Georganasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Unikal.org  xəbər verir ki, Avstraliya İttifaqı Parlamentinin nümayəndə heyətinin üzvləri Azərbaycana səfərlərindən məmnunluqlarını ifadə edərək seçki məntəqələri bağlandıqdan dərhal sonra keçirdikləri brifinq zamanı bütün seçki prosesinin şəffaf şəkildə keçdiyini, seçki məntəqələrində seçici fəallığının və səsvermənin demokratik şəraitdə aparıldığının şahidi olduqlarını bildiriblər.

Dövlət başçısı ölkəmizdə seçkilərin qanunvericiliyə uyğun, açıq və şəffaf şəkildə keçirilməsi, bununla da əhalinin iradəsini sərbəst ifadə etməsi üçün hər cür şərait yaradıldığını bildirib. Prezident İlham Əliyev seçicilərin səsvermədə çox fəal şəkildə iştirak etdiklərini məmnunluqla qeyd edib, eyni zamanda, seçkilərin Azərbaycanın üzv olduğu Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə tam uyğun şəkildə keçirildiyini vurğulayıb.

11:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Avstraliya İttifaqı parlamentinin nümayəndə heyətini qəbul edib.

Unikal.org-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.