İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Unikal.org xəbər verir ki, təbrik məktubunda deyilir:

"Sizi yenidən Azərbaycanın Prezidenti seçilməyiniz münasibəti ilə səmim qəlbdən təbrik edirəm. Bu seçim Sizin rəhbərliyiniz altında Azərbaycanının inkişafını xalqın dəstəkləməsini özündə əks etdirir.

O bildirib ki, iki ölkənin liderləri Azərbaycan və İran arasında dostluq və qardaşlıq münasibətlərinin genişlənməsi prosesinə səylərini davam etdirəcəklər.