Bakıda ağır yol qəzası baş verib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, ötən gecə Nizami rayonu Babək prospektində ("Arzu şadlıq evinin qarşısı) "VAZ 2107 markalı, 10 KH 837 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçməyə çalışan 2 nəfəri vurub. Nəticədə 50 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəsarət alan 43 yaşlı kişi isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.