Rusiya payıza qədər Türkiyədən gətirilən pomidorlarla bağlı kvotanı dəyişməyəcək.

Unikal.org-un məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Arkadiy Dvorkoviç deyib.

Baş nazirin müavini deyib ki, hələ vəziyyət araşdırılacaq: "May ayından başlayaraq öz istehsalımız olan pomidorlar bazara çıxarılacaq. Ona görə yay mövsümündə kvotanın artırılmasından söhbət gedə bilnməz. Payıza yaxın isə bu məsələ ilə ilə bağlı yenidən düşünmək olar".