ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Vaşinqtonun Suriyaya zərbə endirilməsi barədə hələ qərar qəbul etmədiyini bildirib.

Unikal.org-un RİA "Novosti agentliyinə istinadən verdiyi məlumata görə, N. Heyli deyib ki, əgər ABŞ və müttəfiqləri Suriya ilə bağlı qərar versə, bu, beynəlxalq hüquq normalarının qorunması prinsipi əsasında olacaq.

Qeyd edək ki, iki gün əvvəl ABŞ prezidenti Donald Tramp "Twitter sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Rusiya Suriyaya buraxılacaq raketlərə hazır olmalıdır.