Türkiyə Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Suriyaya hərbi zərbələr endirilməsinə münasibət bildirib.

Unikal.org Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, rəsmi açıqlamada əməliyyatın Türkiyə tərəfindən məmnunluqla qarşılandığı qeyd olunub.

"Əməliyyat bütün bəşəriyyətin vicdanının tərcüməçisidir. Türkiyə, Suriya rejiminə qarşı ABŞ, İngiltərə və Fransanın təşkil etdiyi əməliyyatı yerində verilən düzgün qərar kimi görür"-deyə XİN-nin açıqlamasında bildirilir.