"Rusiya gözəli-2018" tutuluna Çuvaşiya Muxtar Respublikasından olan Yuliya Polyaçixina layiq görülüb.

Unikal.org  Rusiya KİV-nə istinadən xəbər verir ki, 18 yaşlı Yuliya Polyaçixina ağ qızıldan düzəldilmiş, brilliant, yaqut və sapfirdən hazırlanmış tacla, həmçinin 3 milyon rubl pul mükafatı və yeni avtomobillə təltif edilib.

Yuliya Polyaçixinaya təqdim edilən tacın 1 milyon dollar dəyərində olduğu bildirilib.

"Rusiya gözəli-2018" SMS səsverməsi yolu ilə seçilib.Yuliya Polyaçixina fitnes-aerobika və badmintonla məşğuldur, orta məktəbi qızıl medalla bitirib.O, Rusiyanı "Dünya gözəli müsabiqəsində təmsil edəcək.