Bu gün Banqladeşdə sərnişin qatarı relsdən çıxıb.

 Unikal.org xəbər verir ki, bu barədə "bdnews.24" portalı məlumat yayıb.

 Hadisə Tonqi şəhərində baş verib. Sərnişin qatarının son 4 vaqonu relsdən çıxıb, onlardan ikisi aşıb. Nəticədə 4 nəfər ölüb, 30 nəfər yaralanıb.