Ermənistanda eks-prezident Serj Sarkisyanın baş nazir postuna gətirilməsinə etiraz olaraq aksiyalar bu gün də davam edir.

Unikal.org Ermənistan KİV-nə istinadən xəbər verir ki, paytaxt sakinləri bir neçə mərkəzi küçəni bağlayıblar. "Vətəndaş razılaşması partiyasının lideri, müxalif parlament fraksiyası olan "Elkın deputatı Nikol Paşinyan İrəvan sakinlərini təkcə paytaxtın mərkəzi deyil, digər rayonlarındakı küçələrini də bağlamağa səsləyib.

Polis əməkdaşları küçənin hərəkətli hissəsini boşaltmağı tələb etsə də, hələ ki aktiv hərəkətə keçməyib.