Ermənistanın eks-prezidenti Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlərlə polis arasında toqquşmalar artıq başqa şəhərlərdə də başlayıb.
Unikal.org-un məlumatına görə, toqquşmalar Gümrü şəhərində qeydə alınıb.
Mitinqə çıxanlar şəhərin mərkəzi küçələrini bağlamağa cəhd göstəriblər. Lakin polis bunun qarşısını ala bilib.
Etiraz aksiyaları təhsil müəssisələri önündə də davam edib.