Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı növbədənkənar prezident seçkilərində hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyəcəyini bəyan edib.

Unikal.org bildirir ki, bu barədə D.Bağçalı özünün "Twitter" səhifəsində yazıb.

"Bizim namizəd hörmətli Rəcəb Tayyib Ərdoğandır", D.Bağçalı qeyd edib.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.