Xəbər veridiyimiz kimi, Hacıqabul rayonu Meyniman kənd məktəbinin 7-ci sinif şagirdi Sona Qədimova (ad-soyad şərtidir) ögey qardaşından 4 aylıq hamilədir. Ailəsi onun hamilə olmasını qarnının böyüməsindən sonra xəbər tutublar. Məlum olub ki, məktbli qız ögey qardaşı ilə intim münasibətdə olub və ondan hamilə qalıb.
Unikal.org saytı məsələ ilə bağlı Meyniman kənd orta məktəbinin direktor əvəzi Elman Abdullayevlə əlaqə saxlayıb. O, bildirib ki, həmin şagird 7-ci yox 9-cu sinifdə oxuyur:
"Həmin qız bizim məktəbdə 9-cu sinifdə oxuyur. Məktəbimizin tərbiyəli şagirdlərindəndir, dərsə davamiyyəti yaxşıdır. Düzdür, onun ögey qardaşı var. Ancaq mən bu məsələninin baş verdiyinə inanmıram. Çünki şagird dərsə gəlir, onun bədənində potoloji dəyişiklik müşahidə edilmir. Şagirdin valideyni ilə də tez-tez görüşürük. Bizə bu haqda heç nə deyilməyib. Əgər aidiyyatı orqanlar tərəfindən araşdırılma aparılsa yekun rəydən sonra biz məsələni təsdiqləyə bilərik.
Famil Fərhadoğlu