Suriya-Türkiyə sərhədində 5 İŞİD üzvü tutulub. Onların üzərində bomba yerləşdirilən jilet olub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki,  tutulan terrorçular çıxarıldıqları məhkəmədə həbs olunub.

Məlumatda bildirilir ki, saxlanılanılanlardan 3-ü Azərbaycan vətəndaşıdır. Onlardan ikisi qadındır. "Terror təşkilatı İŞİD üzvü olan olmaq və partlayıcı maddə saxlamaq" ittihamı ilə tutulan 29 yaşlı Sərxan Əliyev, 37 yaşlı Gülnur Şirməmmədova, 42 yaşlı Nazənin Zeynalovanın istintaqı başa çatıb.

Onların üzərində axtarış aparılıb və  üç Rusiya istehsalı əl bombası, dörd mərmi, üç kq C4 partlayıcı maddəsi, iki bel çantası, əldə düzəldilmiş partlayıcı açarı və canlı bomba jileti ələ keçirilib.